Azərbaycanda əmtəə qazının hasilatı artıb


Digərləri 28 Noy 2020 23:59:00 191 0

Azərbaycanda əmtəə qazının hasilatı artıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 30,24 milyard kubmetrdən çox qaz, o cümlədən 21,4 milyard kubmetr əmtəə qazı hasil edilib.

Son.az Trend-ə istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 4,5 faiz və 7,3 faiz artıb.

Hesabat dövründə təxminən 28,8 milyon ton neft və qaz kondensatı hasil olunub ki, bu da 2019-cu ilin yanvar-oktyabrı ilə müqayisədə 7,5 faiz azdır.

2020-ci il noyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycanda hazır məhsul (neft) ehtiyatı 359,8 min ton təşkil edib.