Mağazaya girən qadın içki şüşələrininin hamsını yerə çırpdı


Digərləri 27 Noy 2020 16:31:00 131 0

Mağazaya girən qadın içki şüşələrininin hamsını yerə çırpdı

Sosial şəbəkələrdə yayılan görüntülər etiraz doğurub.

Son.az xarici mətbuata istinadla bildirir ki, kadrlarda mağazaya girən qadının rəflərdəki içki şüşələrini sındırması əks olunub.

Görüntülər İngiltərədə, Aldi supermarketində çəkilib. Kadrları alıcılardan biri mobil telefonla videoya çəkərək Tvitterə yükləyib.

Şüşələri sındıran qadın daha sonra yıxılaraq sağ əlindən yüngül xəsarət alıb. Polis onu mağazadan çıxarıb və qadın müalicəsi üçün xəstəxanaya aparılıb.

Qadına hansı cəzanın veriləcəyi barədə məlumat yoxdur.