Ermənilərin başına külli miqdarda


Digərləri 27 Noy 2020 14:34:00 110 0

Ermənilərin başına külli miqdarda

Elə bir kəşfiyyatçı olmaz ki, ermənilərin başına külli miqdarda pul qoyduğu qəhrəman, müharibənin gizli qəhrəmanlarından olan Gizir Xanının (Səyyaf Əhmədov) üzünü görməsə də, ən azı adını eşitməsin.

Son.az sonxeber.az-a istinadən xəbər verir ki, o birinci Qarabağ müharibəsində keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Fəaliyyəti dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, medallarla təltif olunub. Ermənilər başına külli miqdarda pul qoyublar.

Xidmət etdiyi müddətdə də əsgərlərinə zabit yox, ata, əmi, dayı olub. Xanının rəhbərliyi altında xidmət edənlər bunu təsdiqləyə bilər. İkinci Qarabağ müharibəsi başlayandan Xanı təcrübəli kəşfiyyatçı kimi ilk əlinə silah alıb döyüşə atılanlardan oldu. Bu müharibədə də ermənilərin qorxulu yuxusuna çevrilib.