300 mindən çox Spotify istifadəçisinin dataları ələ keçirildi


Digərləri 26 Noy 2020 21:20:00 141 0

300 mindən çox Spotify istifadəçisinin dataları ələ keçirildi

300 mindən çox Spotify istifadəçisinin giriş məlumatları oğurlanıb.

Son.az ted.az-a istinadən bildirir ki, mütəxəssislər bu kiber cinayətdə Spotify-ni deyil, istifadəçiləri günahlandırıblar. Bildirilib ki, istifadəçilər belə bir halla qarşılaşmamaq üçün eyni şifrəni bir neçə platformada istifadə etməməli idilər. Oğurlanan fərdi məlumatlar arasında elektron poçt, şifrə və istifadəçi adları var.

Məlumatların "crendential stuffing" yolu ilə ələ keçirildiyi bildirilir. "Crendential stuffing" məşhur platformalardan istifadəçi adı və elektron poçt hesablarının ələ keçirilməsi, onlardan müxtəlif məqsədlər üçün istifadə mənasına gəlir.