Bərpa olunan enerji ilə bağlı iclas keçirilib FOTO
Digərləri 26 Noy 2020 18:24:00 61 0
Azərbaycan Respublikası Prezidentinin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın dördüncü iclası keçirilib.
Bu xəbəri də oxu: Kıvanç Tatlıtuğdan 2 milyonluq yatırım
Energetika Nazirliyindən Son.az-a bildirilib ki, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Komissiyanın üçüncü iclasından ötən dövr ərzində pilot layihələrin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, "ACWA Power" şirkəti ilə imzalanacaq müqavilə layihələrinin yekun versiyaları təsdiq olunub.
İclası açan Pərviz Şahbazov komissiya üzvlərini Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə təbrik edib, "ACWA Power" və "Masdar" şirkətləri ilə imzalanmış icra müqavilələri çərçivəsində həyata keçiriləcək külək və günəş enerjisi layihələrinin reallaşdırılması üçün torpaq sahələrinin ayrılması, şəbəkəyə qoşulma və enerjisistemə inteqrasiya, dövlət zəmanətlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsi, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər barədə məlumat verib.
Sonra hazırlanmış müqavilə layihələri barədə təqdimat dinlənilib. Qeyd olunub ki, "ACWA Power" şirkəti ilə imzalanması nəzərdə tutulan 6 müqavilə - İnvestisiya Müqaviləsi, Enerji Alqı-satqı Müqaviləsi, Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi, Torpaq İcarə Müqaviləsi, Müstəqil Mühəndis Müqaviləsi və Birbaşa Razılaşma Müqaviləsinin layihələri hazırlanıb və iki mərhələdə aidiyyəti qurumlardan rəy və təkliflər toplanaraq, təkmilləşdirilib və investorla razılaşdırılıb. Komissiya bu iclasda layihələri təsdiq etdikdən sonra onlar paraflanacaqdır. Eyni zamanda, "Masdar" şirkəti ilə müvafiq layihə sənədləri üzrə danışıqların son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb. İclasda komissiya üzvləri çıxış edərək hazırlanmış sənədləri dəstəkləyiblər, səsləndirilmiş bir neçə təklif nəzərə alınmaqla müqavilə layihələri təsdiq olunub.
İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai ia

İşğaldan azad olunmuş Qarabağ regionunda investisiya qoyulması üçün gen

Noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ti

Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanı

"Fransa Senatının qəbul etdiyi qətnamə qondarma Dağlıq Qarabağın t

Fransanın parlamentarizm tarixində daha bir utancverici hal yaşanıb. Fransa

"Xristian abidələrinin müdafiəçilərinə" bəyan edirəm ki, erm

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və kompensasiya

Ermənistanın agır məglubiyyəti ilə əlləri üzülmüş Fransa indi də re

Ermənilər tərəfindən əsir götürülən yaralı əsgər Amin Musayevin Az

"Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşır

Azərbaycan dövlətinin ötən illər ərzində xarici siyasətinin ən mühüm

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digə

"Tək Füzuli yox, bütün Qarabağı gəzəcəm. Füzulidənəm, amma Şu
