"Efirdə də demişəm, mənim ehtiyacım yoxdur, məni toylara çağırmayın"


Şou-biznes 26 Noy 2020 13:04:00 144 0

"Efirdə də demişəm, mənim ehtiyacım yoxdur, məni toylara çağırmayın"

"Niyə biriniz nazirlərə, deputatlara demirsiniz? "Duxunuz" çatırsa, nazirləri, deputatları yazın. Gəlib başınıza oyun açarlar. Başqa səhifələrə baxıram, ruslara, türklərə, belə təhqirlər yazmırlar".

Son.az baku.ws-ə istinadən bildirir ki, bu sözləri müğənni Afət Fərmanqızı "Instagram" hesabında həmkarı Manaf Ağayevlə canlı yayım edərkən bildirib. O qeyd edib ki, pandemiya zamanı yardımlar edəndə ona zəng edib deyiblər ki, səni araşdıracağıq:

"Mənim oğlum Ukraynada doğulub. Onu fəxrlə Azərbaycan vətəndaşı eləmişəm. Dövlət özü göndərib get oxu, nə vaxt da müharibəyə çağıracaq, gəlib döyüşəcək.

Başqaları kimi o kişinin, bu kişinin pulun yemirəm. Oxuyub öz pulumu qazanıram. Mənim nə qədər pulum var ki?! Mən nə qədər kömək edə bilərəm ki, bundan sonra 10 manat da heç kimə kömək etməyəcəm. Eləyirsən, deyirlər, hardan alır pulu? Eləmirsən, deyirlər, niyə etmir. Manaf sənə də məsləhət edirəm, yaşca kiçik olsam da, heç kimə kömək eləmə. Sən dövlətdən nə ev almısan, nə maaş almamısan.

Dövlətdən maaş alanlar aparıb bir aylıq maaşlarını kömək etmirlər. Mən də oxumuşam, qazanmışam. Ailələr sevindirmişəm.