Gürcüstanda son sutkada 3 801 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb
Dünya 26 Noy 2020 11:34:00 155 0
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 801 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 118 690 nəfərə, ölənlərin sayı isə 1 124 nəfərə çatıb.
Virusa yoluxanlardan 98 781 nəfərin sağaldığı bildirilir.
Mənbə: milli.az