Depressiya xəstəliyinin əlamətləri


Digərləri 26 Noy 2020 07:31:00 141 0

Depressiya xəstəliyinin əlamətləri

* İnsan əvvəllər zövq aldığı şeylərdən artıq zövq almır, həyatdan soyuyur. * Depressiyada olan şəxs hər şeydən çox tez yorulur, uzanıb yatmağa bəhanə axtarır. * Ətrafdakı hər işə qarşı istəksiz olur. * Bütün problemləri gözündə böyüdür, hər şeydən qorxur. * Cinsi həvəsi olmur, cinsi əlaqə zamanı orqazm yaşamır. * Depressiya xəstələrində yuxu pozğunluqları olur. Yuxuya getməkdə çətinlik çəkir. * Hər şeydən küsür və hər şeyi özünə dərd edir. * Qorxulu yuxular görür və qorxub oyanır. * Depressiya xəstələri hövsələsiz, dözümsüz, əsəbi olur. * Depressiya xəstələri həddindən artıq kökələ və ya arıqlaya bilirlər. * Belə xəstələr yaddaşsız olurlar. * Depressiyalı xəstələr həyatda heç nədən razı qalmırlar. * Depressiyada olan adamlar heç nəyə sevinmirlər. Onların həyata olan sevgisi ölür. * Belə xəstələr daima əllərində olanları itirmək qorxusu ilə yaşayırlar. * Depressiya xəstələri özlərinə qarşı diqqətli olmurlar, geyimlərinə, saçlarına diqqət yetirmirlər. * Onlarda digər ölkəyə getmək həvəsi olur. * Hər şeydən şübhələnir və qısqanc olurlar. * Hər şeyin ən pisini fikirləşirlər. * İntihara meyilli olurlar.