Karantin rejimini pozan avtomobil təmiri sexləri aşkarlandı


Digərləri 25 Noy 2020 21:35:00 176 0

Karantin rejimini pozan avtomobil təmiri sexləri aşkarlandı

Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb.

Bu barədə Son.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.

Dərhal həmin obyektlərin fəaliyyətləri dayandırılıb, qaydaları pozan şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.