Gəncədə evdən kişi meyiti tapıldı


Digərləri 25 Noy 2020 20:51:00 144 0

Gəncədə evdən kişi meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Qurbanov Azad Şəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.