İtaliya ilə enerji sektorunda investisiya imkanları müzakirə olunub FOTO


Digərləri 25 Noy 2020 11:51:00 144 0

İtaliya ilə enerji sektorunda investisiya imkanları müzakirə olunub  FOTO

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massarini qəbul edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüşdə bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.