"Bitcoin"in dəyəri üçillik maksimuma çatıb


Dünya 24 Noy 2020 16:44:00 129 0

"Bitcoin"in dəyəri üçillik maksimuma çatıb

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri bu gün 2017-ci ilin dekabrın 16-dan bəri ilk dəfə olaraq 19 min ABŞ dolları həddini keçib.

Son.az APA-ya istinadən bildirir ki, kriptovaluyutanın dəyəri 2,8% artaraq 19 042 dollar təşkil etdi. Hazırda "Bitcoin" ümumi qlobal kriptovalyuta bazarının təxminən 61,3%-ni təşkil edir.

Qeyd edək ki, hazırda "Bitcoin"in dəyəri 19 minlik göstəricidən azdır - 18,8-18,9 min dollar civarında.