Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? Erməni etirazçı


Digərləri 23 Noy 2020 15:10:00 139 0

Paşinyan, niyə torpaqları dərhal qaytarmadın?  Erməni etirazçı

Ermənistanda Qarabağ müharibəsindəki məğlubiyyət və kapitulyasiyanın imzalanması ilə əlaqədar etirazlar hələ də davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, rusiyalı bloger Aleksey Romanov Ermənistanda hadisə yerindən reportaj hazırlayıb.

Etiraçılardan biri Ermənistanın müharibəni dərhal dayandırmalı olduğunu hesab etdiyini deyib:

"Paşinyan, niyə torpaqları Azərbaycana müharibə başlayan kimi, birinci-ikinci günlərdə qaytarmadın?! Niyə dərhal qaytarmadın. Deyirlər ki, 2 min nəfər ölüb. Elə deyil, 3-4 min 18-20 yaşlı oğullar ölüb. O, torpaqları dərhal verməli idi".