Ürək xəstələri gündə 5 dənə yesə...


Digərləri 22 Noy 2020 22:44:00 168 0

Ürək xəstələri gündə 5 dənə yesə...

İydə çox faydalı və müalicəvi giləmeyvədir. İydənin meyvələri, yarpaqları, ağacın qabığı qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu.

Son.az xəbər verir ki, iydə ağacının yarpaqlarının və qabığının dəmləməsi ishal və babasil zamanı çox yaxşı kömək edir.

Kaliumla zəngin olan iydə ürək-damar sistemi üçün çox faydalıdır. Kalium ürəyin normal fəaliyyətini təmin edir, ürək ritminin pozulmasının qarşısını alır. Ürək xəstəlikləri zamanı və bu xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 5 iydə yeyin. İydə güclü büzücü təsirə malikdir və bu səbəbdən meyvənin çoxlu miqdarda istehlakı qəbizliyə səbəb ola bilər.

İydə sakitləşdirici təsirə malikdir, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, əhvalı yaxşılaşdırır.

İydənin tərkibində olan maddələr orqanizmi tonuslaşdırır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.

İydəni təzə halda yemək və həmçinin mürəbbə, cem, kompot hazırlamaq olar. Bəzi ölkələrdə iydəni qurudub un hazırlayırlar və daha sonra bu undan müxtəlif şirniyyatlar bişirirlər.