Milyonların ölümünə səbəb olan xarici işlər nazirinin barış arzusu


Dünya 22 Noy 2020 15:09:00 56 0

Milyonların ölümünə səbəb olan xarici işlər nazirinin barış arzusu

Ermənistanı istefalar dalğası bürüyüb. Hərbi cinayətlərə rəvac verənlər, onlara başçılıq edənlər məsuliyyətdən yaxa qurtarmaq üçün son çıxış yolunu vəzifələrindən istefa verməkdə görürlər. Amma sözsüz ki, bu cinayətkar dəstənin hər bir üzvü gec-tez öz layiqli cəzasını alacaq. İkinci Dünya müharibəsindən sonra nasist Almaniyasının rəhbərləri kimi...

Məlum olduğu kimi, nasistlərin başçısı Adolf Hitler müttəhimlər kürsüsünə qalxmamaq üçün fərqli bir yol seçib, intihar etməklə həyatına son qoyub. Fürerin bir neçə yaxın silahdaşı da intiharı seçərək, özləri özlərinə hökm veriblər. Amma faşist liderlərinin hamısı özlərində bu cəsarəti tapmayıblar. Onların bəziləri qaçarkən, bəziləri könüllü, bir qismi isə elə iş kabinetlərində, bunkerlərdə həbs ediliblər. Tarixi Nürnberq məhkəməsi milyonlarla insanın həyatına son qoyan bu insanları ən sərt və ən ədalətli qanunlarla mühakimə edib və onlar layiq olduqları cəzaları alıblar.

Son.az musavat.com-a istinadən bildirir ki, İkinci dünya müharibəsi dövründə Üçüncü Reyxin əsas siyasi fiqurlarından biri olan xarici işlər naziri İoaxim fon Ribbentrop da Nürnberq məhkəməsində müttəhimlər kürsüsündə əyləşən ən məşhur simalardan biri olub.

1893-cü ildə Almaniyanın Vezel şəhərində anadan olan Ribbentropun uşaqlığı və yeniyetməliyi Almaniyadan daha çox İngiltərədə, Fransada, İsveçrədə, daha sonra isə Kanadada keçib. İlk təhsilini bir neçə şəhərdə alıb. Ribbentrop ilk əmək fəaliyyətinə Bostonda jurnalist kimi başlayıb. Məhz bu ərəfədə o, vərəm xəstəliyinə tutulub və yenidən Vezelə qayıdıb. Bu xəstəliyin törətdiyi fəsadlar nəticəsində Ribbentrop gənclik illərində bir böyrəyindən məhrum olunub. Ali təhsilini Kanadada alan gələcək nazir jurnalistika fəaliyyətini dayandıraraq mühəndis kimi əmək fəaliyyətini davam etdirib, dəmiryolu xətlərinin çəkilməsi sahəsində çalışıb. Bu iş də Ribbentropun ürəyincə olmayıb. O, 1913-cü ildə Ottavada şəxsi biznesini yaradıb, alman şərablarını idxal edən şirkətə rəhbərlik edib. 

Ribbentrop Birinci dünya müharibəsi zamanı hərbi xidmətə yollanıb və Almaniya Silahlı Qüvvələrinin 125-ci alayında xidmət edib. Xidmət zamanı fərqləndiyinə görə bir heçə dəfə təltif edilib. 1919-cu ildə ordudan tərxis olunan Ribbentrop yenidən bizneslə məşğul olub, o, Almaniyada tanınmış iş adamlarından biri sayılıb. Ribbentrop 1930-cu illərin sonunda iş adamı kimi Adolf Hitlerlə tanış olub. İlk tanışlıqlarından sonra onların arasında dostluq münasibəti yaranıb və o, nasist partiyasına mütəmadi olaraq maddi yardım göstərib. Nasist partiyasının üzvü olan Ribbentrop 1933-cü ildən başlayaraq siyasi fəaliyyətə qoşulub. Siyasi karyerasına millət vəkil kimi başlayıb, sonra bir müddət Hitler onu İngiltərəyə səfir göndərib, daha sonra isə fəaliyyətini Almaniya Xarici İşlər nazirliyində davam etdirib. Fürerin etimadını qazanan Ribbentrop 1938-ci ildə Hitlerin təşəbbüsü ilə Üçüncü Reyxin xarici işlər naziri təyin edilib. Dünyanın siyasi müstəvisində kifayət qədər fəal diplomat kimi tanınan Ribbentrop tarixdə Molotov-Ribbentrop paktı, Münhen sazişi ilə daha çox yadda qalıb.

Maraqlı faktlardan biri də odur ki, Ribbentrop İosif Stalinlə iki dəfə görüşüb və bu görüşlərin birində o, sovet liderinə sui-qəsd planlaşdırıb (növbəti saylarımızda bu haqda yazı olacaq). Hitlerlə Ribbentropun münasibətləri Almaniyanın məğlubiyyətinin son günlərinə qədər yüksək səviyyədə qalıb. Hətta 1945-ci ilin aprelin 20-də Hitler bunkerdə ad gününü qeyd edəndə çox azsaylı dəvətlilər arasında Ribbentrop da iştirak edib. Elə həmin gündən sonra da fürerlə onun arasında soyuq münasibət yaranıb. Almaniyanın ən gərgin vaxtlarında keçirilən ad gününə Ribbentrop çox az vaxt ayırıb. Bunkeri tez tərk etmək istəyəndə Hitler onun nəyə görə tələsdiyini soruşub. "Bu ad günündən daha vacib işlər var" -deyən Ribbentrop cavab gözləmədən tədbiri tərk edib. Hitler isə üzünü komandasına tutub "bundan sonra Ribbentropu aramızda görmək istəmirəm" söyələyərək qəzəbəni gizlədə bilməyib. "Bundan sonra" isə Hitlerin ömrünə cəmi 10 gün qalıb.

Almaniyanın məğlubiyyətindən sonra Ribbentrop ölkədən qaçmağa cəhd etsə də, bu cəhdi baş tutmayıb. 14 iyun 1945-ci ildə o, ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Hamburqda saxlanılaraq həbs edilib. Nürnberq prosesinə çıxarılan Ribbentrop 1 oktyabr 1945-ci ildə məhkəmənin hökmü ilə asılmaq yolu ilə edam hökmünə məhkum edilib. Onu insanlığa qarşı cinayətdə, süni şəkildə müharibə şəraitinin yaradılmasında, ölüm düşərgələrinin fəaliyyətə başlamasında, sülhə təhlükə yaratmaqda ittiham ediblər. 16 oktyabr 1946-cı ildə məhkəmənin hökmü icra edilib. Ribbentrop edamdan öncə son söz demək hüququndan istifadə edərək aşağıdakıları söyləyib: "Tanrım Almaniyanı qorusun. Tanrım ruhuma mərhəmət göstərsin. Almaniyaya və bütün dünyaya barış arzulayıram..." Pafoslu çıxışından sonra Ribbentrop asılıb. 1 metr 78 sm boyu olan xarici işlər nazirinin boğazına keçirilən kəndir onu ilk dəqiqələrdə öldürə bilməyib. Ribbentrop edam kəndirinə də güc gəlmək istəyib. Yalnız kəndirdə 10 dəqiqədən də artıq bir müddət qaldıqdan sonra həkimlər onun ölümünü təsdiqləyiblər.

Ermənilər Füzulinin Kürdlər kəndində qəbiristanlığı dağıdıb, like
  • 22 Noy 15:02  
Siyasət Ermənilər Füzulinin Kürdlər kəndində qəbiristanlığı dağıdıb,

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tap

arrow Ətraflı
İşğaldan azad edilən Ağdam şəhərindən like
  • 22 Noy 14:49  
Digərləri İşğaldan azad edilən Ağdam şəhərindən

"Yeni Müsavat"ın əməkdaşları işğaldan azad edilən Ağdam şə

arrow Ətraflı
"Harry Potter"in yataqxanası istifadəyə verildi like
  • 22 Noy 14:43  
Digərləri "Harry Potter"in yataqxanası istifadəyə verildi

Harry Potterin pərəstişkarları üçün İngiltərədə "Qriffindor&qu

arrow Ətraflı
“Bizim tək düşmənimiz ermənidir” like
  • 22 Noy 14:36  
Şou-biznes “Bizim tək düşmənimiz ermənidir”

Neçə vaxtdır görürəm ki, hərbi forma ilə çəkilən şəkillər insanlar

arrow Ətraflı
Koronavirus xəstəsi karantin postunda saxlanıldı  FOTO like
  • 22 Noy 14:23  
Digərləri Koronavirus xəstəsi karantin postunda saxlanıldı FOTO

Şəkidə rayon ərazisində qurulmuş karantin postunda yaşadığı evi qanuns

arrow Ətraflı
Bayrağı əks etdirən geyiminə görə tənqid olunan Mənzurədən ilginc açıqlama like
  • 22 Noy 14:10  
Şou-biznes Bayrağı əks etdirən geyiminə görə tənqid olunan Mənzurədən ilginc açıqlama

Müğənni Mənzurə Musayeva üzərində Azərbaycan bayrağının rəngləri

arrow Ətraflı
Balakəndə polis reydi like
  • 22 Noy 14:04  
Digərləri Balakəndə polis reydi

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Naz

arrow Ətraflı
Rusiyada son sutkada 467 nəfər koronavirusdan öldü like
  • 22 Noy 13:51  
Dünya Rusiyada son sutkada 467 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 24 581 nəfər yeni növ koronavirusa (COVID-1

arrow Ətraflı
Diplomatlar Füzulidə erməni vəhşiliklərini öz gözləri ilə gördülər  FOTO like
  • 22 Noy 13:44  
Siyasət Diplomatlar Füzulidə erməni vəhşiliklərini öz gözləri ilə gördülər FOTO

Noyabrın 22-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cüml

arrow Ətraflı
Rusiya Qarabağa hərbi mühəndislər göndərdi like
  • 22 Noy 13:38  
Siyasət Rusiya Qarabağa hərbi mühəndislər göndərdi

Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Dağlıq Qara

arrow Ətraflı
"MasterChef"dən qovuldu like
  • 22 Noy 13:31  
Digərləri "MasterChef"dən qovuldu

"TV8" kanalında yayımlanan "MasterChef" müsabiqəsinin i

arrow Ətraflı
Ficidə zəlzələ like
  • 22 Noy 13:25  
Dünya Ficidə zəlzələ

Sakit Okeanın Fici sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qe

arrow Ətraflı
"İran silah daşınmasına icazə verməyib" like
  • 22 Noy 13:18  
Siyasət "İran silah daşınmasına icazə verməyib"

İran Dağlıq Qarabağ münaqişəsində heç kimə silah daşımağa icazə ve

arrow Ətraflı