"MasterChef"dən qovuldu


Digərləri 22 Noy 2020 13:31:00 197 0

"MasterChef"dən qovuldu

"TV8" kanalında yayımlanan "MasterChef" müsabiqəsinin iştirakçısı Uğur Yılmaz Dəniz yarışmadan qovulub.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumatı kanalın sahibi Acun Ilıcalı Tvitter hesabında verib:

"Uğur Yılmaz Dəniz sosial şəbəkədə etdiyi qeyri-etik paylaşımlar səbəbindən "MasterChef"dən uzaqlaşdırılıb".

Qeyd edək ki, Uğur "Fənərbağça" futbol klubunun keçmiş və indiki prezidentləri Aziz Yıldırımla Ali Koça təhqir paylaşımları etmişdi.