Bir notbukun istehsalı zamanı 1,2 ton tullantı əmələ gəlir


Digərləri 21 Noy 2020 21:50:00 126 0

Bir notbukun istehsalı zamanı 1,2 ton tullantı əmələ gəlir

İstanbul Texniki Universiteti "Davamlı istehsal və istehlak dərnəyi"nin rəhbəri prof.dr. Filiz Karaosmanoğlu notbuklar istehsal edilərkən 1,2 ton, smartfon istehsal edilərkən 86 kiloqram tullantı çıxdığını söyləyib.

Son.az ted.az-a istinadən bildirir ki, o, insanların məhsulları alıb istifadə etdiklərini, ancaq bu məhsulların istehsal prosesində yaranan tullantılar barədə bilmədiklərini söyləyib.

"Tullantıların qarşısını almaq üçün istehsalçı və istehlakçılar birlikdə mübarizə aparmalıdırlar.

Daha davamlı istehsal və istehlak etməliyik. İstehlak davranışımızı dəyişdirməliyik.