Gürcüstanda koronavirusdan daha 33 nəfər ölüb


Dünya 21 Noy 2020 20:44:00 118 0

Gürcüstanda koronavirusdan daha 33 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 33 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki,  yeni ölüm hallarının 17-si Tbilisidə, 5-i Acariyada, 8-i İmeretidə, 1-i Kvemo-Kartlidə, 1-i Sameqreloda və Zemo-Svanetidə, 1-i isə Mtsxeta-Mtianetidə qeydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 967 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusdan ilk ölüm halı aprelin 4-ü qeydə alınıb.