Gürcüstanda parlament seçkilərinin ikinci raundu başa çatıb


Dünya 21 Noy 2020 20:21:00 137 0

Gürcüstanda parlament seçkilərinin ikinci raundu başa çatıb

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu başa çatıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, saat 20:00-da seçki dairələrinin qapıları bağlanılıb və sayım prosesinə başlanılıb. 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, saat 17:00-da seçki aktivliyi 20.74% faiz təşkil edib. Parlament seçkilərinin ikinci raundu 17 birmandatlı (majoritar) dairə üzrə keçirilib. Bunlardan 8-i Tbilisidə, 9-u isə regionlarda yerləşir. 

Qeyd edək ki, Gürcüstanın 8 müxalif partiyası seçkiləri boykot edib və ilk raunda qazandığı mandatlarından imtina edib.