Astarada COVİD19 xəstəsinin yaşayış yerini tərk etdiyi müəyyən edilib


Digərləri 21 Noy 2020 18:45:00 131 0

Astarada COVİD19 xəstəsinin yaşayış yerini tərk etdiyi müəyyən edilib

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini Vüqar Dadaşova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVİD-19 infeksiyasının daşıyıcısı olan V.Dadaşovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.