Noyabr üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib


Digərləri 21 Noy 2020 12:20:00 133 0

Noyabr üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi.

Fonddan Son.az-a verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.