“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..."


Dünya 21 Noy 2020 10:50:00 130 0

“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..."

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli "Arovat" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: "1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindi. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi".

Sarkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi: "Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi".

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın "Feysbuk"dan "kopipast"dan başqa bir iş görmədiyini bildirib.