Ürəkdamar xəstəliyi olanlar üçün pəhriz


Digərləri 21 Noy 2020 08:55:00 148 0

Ürəkdamar xəstəliyi olanlar üçün pəhriz

Bu pəhriz  ürək-damar xəstəliyi olan xəstələr üçün nəzərdə tutulub. Pəhrizin məqsədi qan dövranını yaxşılaşdırmaq, ürək-damar sisteminin fəaliyyətinin normal işləməsinə köməklik göstərməkdən ibarətdir. Pəhrizə kalori və enerji dəyəri az olan, qara ciyərin yükünü ağırlaşdırmayan, həzm prosesini yüngülləşdirən qida maddələri daxildir. O cümlədən sinir sistemini qıcıqlandıran qida maddələri də rasiona daxil deyil. Ürək-damar sistemi xəstələri gün ərzində 5 dəfə qidalanmalı və tərkibində kaılium, maqnium olan qidalara üstülük verməlidir. Belə xəstələr mədə-bağırsaq sisteminin fəaliyyətini nəzarətdə saxlamalı, qəbizliyə yol verməməli, çox maye qəbul etməməlidirlər. Ürək-damar sistemi xəstəliyi olan adamlara aşağıdakıları yemək olmaz: - təzə ağ çörək - ət, balıq, göbələk bulyonları - ördək, qaz əti - qara ciyər - xaş - hisə verilmiş qidalar - ət konsevləri - balıq kürüsü - qızardılmış yumurta - turşular - sarımsaq, acı bibər, istiot, ədviyyatlar -  çay, kofe Belə xəstələrə nələri yemək olar? - II növ buğda unundan duzsuz çörək - vegeteryan şorbaları (kartof, yerkökü, göyərti, müxtəlif tərəvəzlərlə birgə) - qızardılmamış, yağsız quzu, mal, toyuq, hind quşu əti - dəniz məhsullarından qızarılmamış qidalar - süd və süd məhsulları - gündə 1 soyutma yumurta - təzə tərəvəzlərdən müxtəlif salatlar - meyvə şirələri, bitki dəmləmələri - şit kərə və bütün növ bitki yağları.