Ermənistanda parlament aparatının eksrəhbəri saxlanıldı


Dünya 20 Noy 2020 18:04:00 164 0

Ermənistanda parlament aparatının eksrəhbəri saxlanıldı

Ermənistanda kütləvi aksiyalarda Baş nazirin istefasını tələb edən parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təhlükəsizlik işçiləri Saqatelyanı qollarından tutub apararkən o, "Armnews TV" kanalına müsahibə verib.

"Aksiyada iştirak etdim, çünki hesab edirəm ki, indi bütün vicdanlı vətəndaşlar küçələrə çıxmalı və bu xəyanətin qarşısını almalıdır. Hər kəs bu gün çıxıb öz vətəndaş mövqeyini bildirməlidir",- deyə Saqatelyan bildirib.