İranda koronavirusdan daha 479 nəfər öldü


Dünya 20 Noy 2020 17:11:00 148 0

İranda koronavirusdan daha 479 nəfər öldü

İranda ötən sutka ərzində 13 260 nəfər koronavirusa (COVID-19) yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 828 377 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 726 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 479 nəfər koronavirusdan ölüb.

Beləliklə İranda bu virusdan ölənlərin sayı 43 896 nəfərə çatıb.