Rusiyada koronavirusdan ölənlərin sayı 35 mini ötüb


Dünya 20 Noy 2020 14:47:00 149 0

Rusiyada koronavirusdan ölənlərin sayı 35 mini ötüb

Rusiyada son sutka ərzində daha 24 318 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 2 039 926 nəfərə çatıb.

Son sutka ərzində 461 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 35 311 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.