Göyçay sakinindən dələduzluq yolu ilə 30 min manat alınıb


Digərləri 19 Noy 2020 18:14:00 144 0

Göyçay sakinindən dələduzluq yolu ilə 30 min manat alınıb

Göyçay rayon sakinindən dələduzluq yolu ilə böyük məbləğdə pul alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulan T.Məmmədovun ətrafında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2019-cu ilin aprel ayında Göyçay rayon sakini X.Orucovu aldadaraq 30.000 manatını alması da müəyyən edilib.