Bakıda mağazadan 34 min manatlıq oğurluq olub


Digərləri 19 Noy 2020 16:39:00 106 0

Bakıda mağazadan 34 min manatlıq oğurluq olub

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki telefon satışı mağazalarının birindən 34 519 manat dəyərində mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Mehdiyev və F.Kərimli saxlanılıblar.