Rusiya aviaşirkəti İrana uçuşları bərpa edib


Digərləri 18 Noy 2020 14:33:00 113 0

Rusiya aviaşirkəti İrana uçuşları bərpa edib

Rusiyanın "Aeroflot" aviaşirkəti noyabrın 18-dən etibarən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin elanında deyilir.

Uçuşlar Moskvadan Tehrana və əks istiqamətdə həftədə iki dəfə həyata keçiriləcək.

Sərnişinlər uçuşa 96 saat qalmışadək COVID-19 testindən keçməlidir.