AZAL BakıNaxçıvanBakı marşrutu üzrə uçuşları bərpa edir


Digərləri 17 Noy 2020 18:25:00 159 0

AZAL BakıNaxçıvanBakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a bildirilib ki, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş - saat 13:00, Naxçıvandan uçuş - saat 16:10.

Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.

Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.

- Bakıdan Naxçıvana reyslər üçün:

• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54

- Naxçıvandan Bakıya reyslər üçün: