Rusiyada koronavirusdan daha 442 nəfər öldü


Dünya 17 Noy 2020 14:09:00 110 0

Rusiyada koronavirusdan daha 442 nəfər öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1,97 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 22 410 nəfər virusa yoluxub, 442 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 971 013 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 33 931 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 475 904 nəfər virusdan sağalıb, 461 178 nəfərin müalicəsi isə davam edir.