Koronavirusun gizli geni tapıldı


Digərləri 15 Noy 2020 14:10:00 136 0

Koronavirusun gizli geni tapıldı

Covıd-19-un genetik kodunda gizli gen tapılıb.

Amerika Təbiət Tarixi Muzeyinin bioinformatika mütəxəssisi Chase Nelsonun rəhbərlik etdiyi tədqiqat qrupu, COVID-19-un genomunda indiyə qədər diqqətdən kənarda qalan bir gen aşkarlayıb. Bu kəşf antivirus dərmanları vasitəsilə koronavirusa nəzarət etmək üçün yeni metodların tapılmasına səbəb ola bilər. Bir növ üst-üstə düşən bir gen olan, başqa sözlə "gen içində gen" olan ORF3d-nin digər genlərin kodlanmış ardıcıllığı ilə üst-üstə düşdüyü üçün nükleotid ardıcıllığında təsirli bir şəkildə gizləndiyi vurğulanıb.

Son.az lent.az-a istinadən bildirir ki, bu genin genom ölçüsü baxımından COVID-19-un mövcud olan ən uzun RNT virusları arasında olduğu, bu səbəbdən digər RNT viruslarından daha aldadıcı ola biləcəyi ifadə edilib.

Hələ ORF3d-nin funksiyasını və ya klinik bir əhəmiyyətə sahib olub-olmadığını bilmədiklərini deyən C.Nelson, bununla yanaşı bu genin antikor reaksiyasından fərqli olaraq T hüceyrə reaksiyası ilə müəyyənləşdirilməsinin nisbətən mümkün olmadığını təxmin etdiklərini deyib.