Filippində qasırğa qurbanlarının sayı 67yə yüksəlib


Dünya 15 Noy 2020 12:16:00 135 0

Filippində qasırğa qurbanlarının sayı 67yə yüksəlib

Filippini vuran "Vamko" qasırğasının qurbanlarının sayı 67-yə yüksəlib.

Son.az Trend-ə istinadən bildirir ki, daha 21 nəfər yaralanıb, 12 nəfər itkin düşüb.

Tayfunun 25 mindən çox evə ziyan vurduğu ehtimal edilir. Kənd təsərrüfatına dəymiş ziyanın ilkin həcmi isə 25 milyon dollardır.