Eyni vaxtda bu iki virusa da yoluxa bilərsiniz


Digərləri 13 Noy 2020 13:12:00 142 0

Eyni vaxtda bu iki virusa da yoluxa bilərsiniz

Qrip ola-ola koronavirusa da yoluxmaq mümkündür.

Bunu Son.az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, COVİD 19-un da, qripin də simptomlarını eyni xəstədə müşahidə bilərik:

"Hər iki virusa eyni vaxtda yoluxmaq mümkündür. Gedişatları bənzəyə də bilər. Ayırd etmək çox çətin olduğuna görə əhaliyə tövsiyə olunurdu ki, qrip əleyhinə peyvənd olunsunlar. Ən azı bu barədə arxayın olaq ki, qrip olma ehtimalı minimuma ensin.

Qripdə belədir ki, virus yuxarı tənəffüs yollarının əlamətlərinə görə fərqlənə bilir. Məsələn, qrip olan xəstələrdə burun axması, gözyaşarma, gözsulanması, asqırma çox müşahidə edirik. Amma bunlar olmaya da bilir. Buna görə də COVİD-lə qarışdıra bilərik və yaxud da hər ikisinə birlikdə yoluxmuş ola bilərik. Bu zaman qripə xas əlamətlər də ola bilər, COVİD-ə xas əlamətlər də ola bilər. İkisinin də simptomlarını eyni xəstədə müşahidə edə bilərik.