Tolqahan Sayışman daha filmə çəkilməyəcək


Digərləri 13 Noy 2020 12:34:00 123 0

Tolqahan Sayışman daha filmə çəkilməyəcək

Türkiyəli aktyor Tolqahan Sayışman yeni xəbərlə gündəmə gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, məşhur artıq aktyor kimi fəaliyyət göstərməyəcək. Tolqahan daha iş həyatına atılır. O, bundan sonra tikiş və inşaat sektorunda fəaliyyət göstərəcək. Buna səbəb aktyorun gərgin iş rejimi nəticəsində ailəsinə vaxt ayıra bilməməsidir.

Qeyd edək ki, uzun müddət ekranlardan uzaq qalan Sayışman "Şampiyon" serialı ilə yenidən  tamaşaçılar qarşısına çıxdı. Sonuncu dəfə isə "Şeref Sözü" adlı ekran işində çəkilib. Sözügedən serial dördüncü bölümdə final edib.