28 ildən sonra Şuşaya girən ilk azərbaycanlı qadın FOTO


Digərləri 13 Noy 2020 12:17:00 122 0

28 ildən sonra Şuşaya girən ilk azərbaycanlı qadın  FOTO

Sosial şəbəkələrin gündəminə düşən Nəcibə Fərmanova 28 il sonra Şuşaya ilk girən azərbaycanlı qadın kimi yaddaşlarda qaldı.

Son.az yeniavaz.com xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə şəkli paylaşılaraq çoxlarının qibtə obyektinə çevrilən Nəcibə xanım, 28 il sonra Şuşaya girən ilk azərbaycanlı xanım kimi hisslərini belə dilə gətirir:

"Bu hisləri təsvir etmək mümkün deyil. Mən elə bilirdim ki, ürəyim köksümdən çıxıb çöldə döyünür. Onu yaşamaq lazımdır. Çox qəribə hislərdir. Təsəvvür eləməzdim ki, bu hisləri o dərəcədə keçirə bilərəm".