Sürücüsü içində olan maşın qəfil partladı


Digərləri 12 Noy 2020 18:09:00 182 0

Sürücüsü içində olan maşın qəfil partladı

Kəlbəcər rayon sakini Ebil Orucova məxsus "Mitsubishi" markalı minik maşınında qəfildən partlayış baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Goranboy rayonunda qeydə alınıb.

Sürücü hadisə zamanı avomobildə olduğundan üz və əl nahiyəsindən yüngül xəsarət alıb. Partlayış nəticəsində minik maşını yararsız hala düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.