Rusiyada daha 439 nəfər koronavirusdan öldü


Dünya 12 Noy 2020 13:52:00 167 0

Rusiyada daha 439 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 21 608 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 858 568 nəfərə çatıb.

Son sutka ərzində 439 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 032 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.