Trampın məsləhətçilərindən biri koronavirusa yoluxub


Dünya 12 Noy 2020 09:17:00 155 0

Trampın məsləhətçilərindən biri koronavirusa yoluxub

ABŞ prezidenti Donald Trampın siyasi məsələlər üzrə məsləhətçisi Brayan Cek yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir  ki, bu barədə "CNN" telekanalı mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, B.Cekin koronavirus testinin nəticəsi müsbət olub. Təxminən bir həftə B.Cek ümumi seçkilər münasibətilə keçirilən şənlikdə iştirak edib.

Ağ Evin nümayəndələri B.Cekin koronavirusa yoluxması barədə məlumatı təsdiqləməyiblər, lakin bütün bu kimi hallara "ciddi yanaşdırlarını" vurğylayıblar.