Türkiyə Müdafiə Nazirliyindən Dövlət bayrağı günü münasibətilə


Dünya 09 Noy 2020 13:53:00 139 0

Türkiyə Müdafiə Nazirliyindən Dövlət bayrağı günü münasibətilə

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.

Son.az Trend-ə istinadən bildirir ki, təbrik nazirliyin "Twitter" səhifəsində yer alıb.

Təbrikdə deyilir: "Qəhrəman Azərbaycan türkü qardaşlarımız! Bayraq gününüz mübarək olsun! Biz sizinlə qürur duyuruq və Ermənistan üzərindəki qələbənizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət, iki dövlətik".