Bir damla gözyaşı...


Digərləri 07 Noy 2020 10:16:00 164 0

Bir damla gözyaşı...

Bu səhər yuxudan bir az gec oyandım. Mən oyananda artıq atam çoxdan işə getmişdi. Bu gecə çox narahat yatmışdım. Ona görə də pis yuxu görmüşdüm: Yuxumda atam şəhid olmuşdu. Mən qan-tər içində yuxudan oyanmışdım. Gün boyu bu yuxuda gördüklərim barədə fikirləşirdim. Axşamüstü pəncərənin önündə oturub atamın yolunu gözlədim. Amma atam gəlmədi ki, gəlmədi. Birdən telefon çaldı. Anam telefonu götürdü. Zəng edən atam idi. Anam telefonla danışdıqdan sonra mənə yaxınlaşdı və dedi:

- Atan deyir ki, bu gecə evə gəlməyəcək. ermənilər dinc əhali yaşayan kəndlərə atəş açıblar. Cəbhədə vəziyyət gərgindi.

Mən bu sözləri eşidəndən sonra yatmağa getdim. Çünk, həmişə belə hadisələr baş verirdi. Həmin axşamı da narahat yatdım. Səhər qapının döyülmə səsinə oyandım. Anam qapını açdı. Qapıya gələn atamın əsgərlərindən biri idi. O əlində üçrəngli bayrağı tutmuşdu. Əsgər bayrağı anama verdi və dedi

- Başınız sağ olsun. Komandir şəhid olub.

Anam bu sözləri eşitdikdən sonra diz çökdü, bayrağı qucaqladı və hönkür-hönkür ağlamağa başladı. Mən isə yerimdəcə donub qalmışdım. Heç bir şey deyə bilmirdim. Birdən o yuxunu xatırladım. Öz-özümə dedim:

- O yuxu həqiqət oldu.

Bu sözlər elə bil məni dərin bir yuxudan oyatdı. Anamın yanına gəldim, onu qucaqlayıb mən də ağlamağa başladım. O an atamın mənə dediyi son sözlər ağlıma gəldi:

- Qızım, bu Vətən bizim Vətəmizdir. Bu torpaq bizim ana torpağımızdır.  Unutmayaq ki, bu torpağın, bu Vətənin uğrunda lazım gəlsə hər birimiz canımızdan keçməliyik.

Atamın şəhid olmasından bir neçə ay keçdi. Bir gecə mən yuxuda atamı gördüm.