ABŞda ipoteka üzrə faiz dərəcələri tarixi minimuma enib


Dünya 06 Noy 2020 19:09:00 133 0

ABŞda ipoteka üzrə faiz dərəcələri tarixi minimuma enib

ABŞ-da 30 illik ipoteka üzrə orta illik faiz dərəcəsi 2,81%-ə endirilib. Halbuki bir həftə öncə bu göstərici 2,78% səviyyəsində idi.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət ipoteka korporasiyası olan "Freddie Mac"ın açıqlamasında deyilir.

Məlumata əsasən, bu, statistikanın aparılmasının başlanmasından (1971-ci il) etibarən ən aşağı göstəricidir. Bir il əvvəl bu göstərici 3,69%-ə bərabər idi.

Qeyd edək ki, hazırda ABŞ-da 15 il müddətinə ipoteka krediti orta hesabla illik 2,32%, 5 il müddətinə isə 2,89% ilə verilir.

Faiz dərəcələrində mümkün komissiya və digər ödənişlər nəzərə alınmır. "Freddie Mac" ABŞ-ın 80 ipoteka şirkətinin məlumatlarına əsasən orta dərəcələri hesablayır.

Ötən il ABŞ-da 30 il müddətinə ipoteka üzrə orta illik faiz dərəcəsi 3,9%, 2018-ci ildə isə 4,54% səviyyəsində olub.