Şəmkirdə baş verən yol qəzasında 2 nəfər ölüb


Digərləri 06 Noy 2020 18:29:00 137 0

Şəmkirdə baş verən yol qəzasında 2 nəfər ölüb

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil "Hyundai" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.