Qırğızıstanda 5,3 ballıq zəlzələ oldu


Dünya 06 Noy 2020 18:09:00 131 0

Qırğızıstanda 5,3 ballıq zəlzələ oldu

Qırğızıstanda 5,3 maqnitudalı zəlzələ baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 30 km dərinlikdə yerləşib.

Milli Elmlər Akademiyası Seysmologiya İnstitutunun direktoru Kanatbek Abdraxmatov Qırğızıstanın cənubundakı zəlzələnin gücünün episentrdə 6,5 bal olduğunu bildirib.

Onun sözlərinə görə, episentr Kadamcaydan (Batken rayonu) 12 km məsafədə yerləşib.