Yunanıstan da sərt karantinə keçir


Dünya 06 Noy 2020 11:12:00 119 0

Yunanıstan da sərt karantinə keçir

Yunanıstan hökuməti sərt karantin rejiminə keçmək barədə qərara gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Kiriakos Miçotakis bildirib.

O koronavirus xəstələrinin sayında ciddi artım olduğunu və ölkənin ikinci dəfə sərt karantinə girdiyini elan edib: "Artan xəstə saylarının qarşısında aciz qalmaqdansa, sərt müdaxilələr etmək qərarına gəldim".

Qaydalar noyabrın 7-dən qüvvəyə minəcək. Yunanıstanda ilk dəfə karantin fevral-may aylarında tətbiq edilib.