Lənkəran sakinindən narkotik götürülüb


Digərləri 05 Noy 2020 17:44:00 155 0

Lənkəran sakinindən narkotik götürülüb

Lənkəran şəhər sakini narkotik vasitə ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb.