Peşə məktəblərinə müəllimlərin işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb


Digərləri 05 Noy 2020 17:34:00 145 0

Peşə məktəblərinə müəllimlərin işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb

Peşə təhsil pilləsinə müəllimlərin işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, 2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulunun müsabiqə mərhələsi yekunlaşıb.

Regionlar üzrə elan edilən ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə müraciət ünvanlayan və ilk mərhələdən uğurla keçən şəxslər üçün müsahibə mərhələsi 4 noyabr 2020-ci il tarixində başa çatıb. Yekun nəticələrin gələn həftə müraciətçilərin şəxsi kabinetlərində yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərindən müraciət edən namizədlər üçün müsahibə mərhələsi 23 oktyabr tarixindən etibarən yekunlaşmış hesab olunur.