Evi yanğından xilas edəcək cihaz hazırlanıb


Dünya 04 Noy 2020 18:44:00 157 0

Evi yanğından xilas edəcək cihaz hazırlanıb

Xüsusi olaraq hazırlanan tüstü detektorundan istifadə etməklə mənzili yanğın təhlükəsindən qorumaq mümkündür.

Son.az oxu.az-a istinadən bildirir ki,  tüstü detektoru ən zəif tüstülənməyə reaksiya göstərir, çox uca səs və işıq verir.

Tüstü detektoru tüstüləmənin təbiətini müəyyənləşdirə bilir, hətta təmir işləri zamanı qalxan tozlara belə reaksiya göstərir.

Cihaz tüstü meydana gələn kimi avtomatik olaraq yanğın siqnalını işə salır, eyni zamanda xüsusi olaraq təşkil edilmiş dispetçer xidmətinə və ya obyektin təhlükəsizlik xidmətinə siqnal ötürür.