29 uşaq meyitini mumiyalayan kişi məhkəməyə çıxarıldı FOTO


Dünya 04 Noy 2020 13:40:00 174 0

29 uşaq meyitini mumiyalayan kişi məhkəməyə çıxarıldı  FOTO

Rusiyada həyatını itirən qız uşaqlarının meyitini məzardan çıxarıb mumiyalayan şəxs məhkəmə qarşısına çıxarılıb.

Son.az xəbər verir ki, Rusiyanın Nijnıy Novgorod bölgəsində Anatoliy Moskvin adlı şəxs 2011-ci ildə yaşları 3-12 arasında dəyişən vəfat etmiş qız uşaqlarını məzarlıqdan oğurlayıb. Məlum olub ki, o, qızlar dəfn olunduqdan qısa zaman sonra uşaqları mumiyalayaraq öz evində ''Uşaq oyuncağı'' kolleksiyası yığırmış.

Həbs edilən 53 yaşlı Moskvin evlənmək istədiyini və yaşlı anasına baxmalı olduğunu əsas göstərərək bəraət qazanmaq istəyib. Yenidən məhkəmə qarşısına çıxarılan tarixçi vəfat etmiş qızların ailəsindən üzr istəməyi rədd edərək ''Onlar qızlarını dəfn etdilər və ailələrin uşaqlarının üzərindəki haqlarının bitdiyinə inanıram'' fikrini səsləndirib. (ölkə.az)