İzmirdə zəlzələdən ölənlərin sayı 109a çatıb


Dünya 03 Noy 2020 17:42:00 148 0

İzmirdə zəlzələdən ölənlərin sayı 109a çatıb

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 109 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.

Xəsarət alanların sayı 1 036 nəfər təşkil edib. Onlardan 838 nəfəri evə buraxılıb, 138 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

Agentlik bildirib ki, dağılmış 17 binadan 13-də axtarış-xilasetmə işləri başa çatdırılıb, 4 binada davam edir.